Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Gözlənilən maqnit qasırğası Günəşin səthində yaranan irihəcmli tac dəliyindən qaynaqlanacaq.
Sentyabrın 24-də, yəni cümə axşamı, payızın ikinci maqnit qasırğasının baş verməsi ehtimal olunur.
Bu hadisə yaxın günlərdə Günəşdə baş verən proseslər arasında əsas diqqət çəkən təbiət hadisələrindən biri olacaq./yenisabah/

