Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu.
Bu barədə “Bakı Şəhəri 5 saylı” Vəkil bürosunun vəkili Asim Abbasov məlumat verib.
Vəkilin sözlərinə görə, bu gün Füzuli Rayon Məhkəməsində keçirilən prosesdə müğənni Afət Fərman qızının bloger Sevinc Hüseynova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Daha sonra qərar qəbul edilib.
Qərara əsasən, bloger Sevinc Hüseynova müğənni barəsində kütləvi informasiya vasitələrində böhtan atması, xüsusi ilə ağır cinayət törətməkdə ittiham etməsi, eyni zamanda nalayiq ifadələrlə təhqir etməsi, şərəf və ləyaqətini alçaltması ilə bağlı paylaşım etdiyinə görə, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib./Unikal

