İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

“Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır”, – dövlət başçısı qeyd edib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir