Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ – Bu qədər məbləğ çıxılacaq

Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ – Bu qədər məbləğ çıxılacaq

Xəstəlik vərəqəsinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət gəlir vergisinə cəlb olunur.

Bu barədə Musavat.com-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi hesab olunur. Bu məbləğ ay ərzində muzdlu işlə əlaqədar əldə edilən digər gəlirlərlə toplanaraq işəgötürən tərəfindən gəlir vergisinə cəlb edilməlidir.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib. Buna görə də işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Həmçinin əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Məsələ ilə bağlı hüquqi əsaslar Vergi Məcəlləsinin 102-ci maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində əksini tapıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir