Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.
Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyununda ikinci hissə başlayıb.
***
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyununda ilk hissə başa çatıb.
Hazırda görüşdə hesab bərabərdir – 1:1.
***
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyununda hesab açılıb.
Matçda ilk qolu meydan sahibləri vurublar.
Topu 9-cu dəqiqədə Armandas Kuçis millimizin qapısından keçirib. 14-cü dəqiqədə isə Mahir Emreli hesabı bərabərləşdirib. (Oxu.Az)

