Xocalı dəhşəti – “Sönməyən ocaq”dan görüntülər – VİDEO, FOTO

Xocalı dəhşəti – “Sönməyən ocaq”dan görüntülər – VİDEO, FOTO

“Sönməyən ocaq” bədii-sənədli filminin çəkilişləri davam edir.

ARANTV.AZ  xəbər verir ki, filmin əsas iştirakçıları Xocalı faciəsinin kədərli simaları – 9 yaşlı (Ləfxanım) Mahmudova Nərgiz Salman qızı və bu faciədə hər iki valideynini, iki qardaşını itirən, ailədə yeganə sağ qalan 5 yaşlı Əliyev Mehdi Firdovsi oğludur.

“Sönməyən ocaq” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanır.

Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Filmin məqsədi erməni millətçiləri tərəfindən azərbaycanlı olduqlarına görə yerli əhaliyə qarşı törətdikləri vəhşiliyi təsirli vasitələrlə göstərmək və bu acı tarixi real faktlarla və hadisələrlə yaddaşlara köçürməkdir. 

“Sönməyən ocaq” bədii-sənədli filminin ssenarisindən bəzi hissələri təqdim edirik:

“Xo­ca­lı şə­hə­ri er­mə­ni si­lah­lı bir­ləş­mə­lə­ri tə­rə­fin­dən iş­ğal olu­nanda əha­li ətrafdakı qar­lı me­şə­lə­rdə gizlənib. Onların çoxu erməni silahlıları tərəfindən təqib olunub, mühasirəyə düşərək girov götürülüblər.

Xocalı faciəsinin kədərli simaları – 9 yaşlı (Ləfxanım) Mahmudova Nərgiz Salman qızı və  Xocalı faciəsində hər iki valideynini, iki qardaşını itirən, ailədə yeganə sağ qalan 5 yaşlı Əliyev Mehdi  Firdovsi oğlu. Onlar filmin əsas iştirakçılarıdır.

1992-ci ildə onları əsirlikdən təhvil almaq üçün maşınlar yola düşmüşdü…Düz 35 ildən sonra onlar həmin yolla geri qayıdır. Əsgəran-Ağdam yolu…Onların dəyişdirildiyi yer – Qarağacı qəbirstanlığının yanı…

Ləfxanım və Mehdi erməni əsirliyində keçirdiyi əzablı anlardan danışır.

Onlar Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edirlər, burada nümayiş olunan, faciənin qurbanlarından bəhs edən  foto və videolarda özlərini də görürlər. Onlar ağrını, ağrı da onları danışdırır.

Mehdi əsir götürüləndən sonra Əsgəran təcridxanasında saxlanılıb. İndi o, bu soyuq və qaranlıq kameraları addım-addım gəzib acı xatirələrini danışır.

Onlar uzun illər Goranboyun Ağcakəndində köçkün həyatı yaşadılar. İndi Xocalıda onlara verilən evlərə köçmək üçün hazırlaşırlar. Nəhayət, Xocalıda onlara verilmiş  yeni evlərinin qapılarını açırlar…İşıqlarını yandırırlar…”

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir