Hava ilə bağlı XƏBƏRDARLIQ – Leysan, şimşək, dolu…

Hava ilə bağlı XƏBƏRDARLIQ – Leysan, şimşək, dolu…

Azərbaycanda sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi rayonlarda, xüsusilə dağlıq ərazilərdə yağış, leysan, şimşək və dolu ehtimalı var.

ARANTV.AZ  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 18-20° isti, gündüz isə 26-29° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz isə 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.

Lakin axşam saatlarından başlayaraq dağlıq ərazilərdən etibarən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Rayonlarda mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 7-12°, gündüz isə 15-20° isti təşkil edəcək.

Hazırkı proqnoza əsasən, paytaxtda sabah əsasən yağmursuz hava gözlənilir. Bakı üzrə yaxın günlər üçün yayılan proqnozlarda da temperaturun tədricən aşağı düşməsi və bəzi günlərdə yağıntı ehtimalının artması göstərilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir