Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı

Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb.

Əvvəlki qaydalara görə, xidmətə daxil olanlar, ehtiyatdan gələnlər və qadınlar üçün ilk bağlaşma müddəti 3 il müəyyən edilirdisə, yeni qərara əsasən, qadınlar üçün bu müddət 6 aya endirilib. Ehtiyatdan və digər hallardan daxil olanlar üçün isə 3 illik müddət saxlanılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir