Türkiyənin Şanlıurfa şəhərində “Azərbaycan” bulvarı istifadəyə verilib.
ARANTV.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimindəki çıxışında bildirib.
“Bu gün şəhər xəstəxanası və birləşdirici yolları ilə yanaşı, çoxsəviyyəli yol qovşağına malik 2,5 kilometr uzunluğundakı “Azərbaycan” bulvarının da açılışını edirik”, – deyə ölkə başçısı vurğulayıb.
Ərdoğanın sözlərinə görə, yeni nəqliyyat infrastrukturu yollardakı sıxlığı əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək:
“Qovşağın tikintisinə töhfə verən nazirliyi və podratçı şirkətləri təbrik edirəm”.
Layihənin ümumi dəyəri 1,3 milyard türk lirəsi (təxminən 26,5 milyon dollar) təşkil edib.
