2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri döyüş meydanında uğursuzluğa düçar olaraq cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı raket və artilleriya atəşinə tutmuşdur.
Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalan yaşayış məntəqələrindən biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Bərdə rayonu olmuşdur. 5 oktyabr 2020-ci il tarixində Bərdə şəhərinin mərkəzi küçələri və Mərkəzi Rayon Xəstəxanasının yaxınlığı raket atəşinə tutulmuş, nəticədə 2 mülki şəxs həlak olmuş, 6 nəfər yaralanmış, şəhərin mülki infrastrukturu ciddi ziyan görmüşdür.
Bərdə terrorundan 6 il ötür. Həmin faciəli hadisə nəticəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik.
