Kənd yumurtasının qiyməti kəskin bahalaşdı

Kənd yumurtasının qiyməti kəskin bahalaşdı

Azərbaycnda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

Satıcılar bahalaşmanın son bir ayda müşahidə olunduğunu və əsas səbəblərdən birinin kənd toyuqlarının yumurta istehsalının azalması olduğunu bildiriblər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib.

Ətraflı Xəzər TV-nin videomaterialında:

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir