Azərbaycan cüdo yığması dünya çempionatlarında medal rekordunu yenilədi

Azərbaycan cüdo yığması dünya çempionatlarında medal rekordunu yenilədi

Azərbaycanın cüdo üzrə milli komandası dünya çempionatlarında qazandığı medalların sayına görə yeni rekorda imza atıb.

ARANTV.AZ  xəbər verir ki, Bakıda keçirilən dünya çempionatında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev bürünc medal qazanaraq Azərbaycanın turnirdəki ümumi medal sayını 5-ə çatdırıb.

Bununla da Azərbaycan cüdoçuları dünya çempionatları tarixində ilk dəfə bir yarışda 4-dən çox medal qazanıblar.

Bundan əvvəl rekord 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında qeydə alınmışdı. Həmin yarışda Azərbaycan yığması 2 gümüş və 2 bürünc medal əldə etmişdi.

Qızıl medalların sayına görə isə ən yaxşı nəticə 2024-cü ildə Əbu-Dabidə keçirilən dünya çempionatında göstərilib. Azərbaycan cüdoçuları həmin turnirdə 2 qızıl medal qazanmışdı. Lakin komandanın hesabında nə gümüş, nə də bürünc medal olub.

Hazırda Bakıda keçirilən dünya çempionatında Azərbaycanın aktivində 1 qızıl, 1 gümüş və 3 bürünc medal var.

Qarşıdakı iki gündə fərdi yarışlarda Azərbaycan cüdoçularından biri qızıl medal qazanarsa, Bakıdakı dünya çempionatı həm medalların ümumi sayı, həm də medal keyfiyyəti baxımından ölkə cüdosunun tarixində ən yüksək nəticəsi ilə yadda qala bilər.

E.Məmmədəliyev,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir