LGBT təbliğatına qanun qadağası gəlir?

LGBT təbliğatına qanun qadağası gəlir?

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. Bu barədə globalinfo.az məlumat yayıb. Məlumatda bildirilir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:
Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.
Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.
Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.
Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.

Picture backgroundMövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:“Əlbəttə, velə bir addım atılmalıdır. Çünki elə hadisələr və anlayışlar var ki, onlar haqqında danışılması, təşviq və təbliğ edilməsi həmin halların cəmiyyətdə daha geniş yayılmasına yol açır. Bu baxımdan, sosial media və sosial şəbəkə platformalarında bu cür anlayışların təbliği və təşviqinə, o cümlədən influenserlər, bloqerlər və müxtəlif sosial şəbəkə fəalları tərəfindən bu istiqamətdə çağırışların edilməsinə rast gəlirik”.

Sosioloq hesab edir ki, bu istiqamətdə qanun qəbul olunarsa, belə halların yayılmasının qarşısını müəyyən qədər almaq, ailə dəyərlərinin qorunmasına, ailə institutunun dayanıqlığının və möhkəmliyinin təmin edilməsinə töhfə vermək mümkün olar: “Çünki qeyd etdiyim kimi, bu cür anlayışların təsir və yayılma gücü var. Onlar haqqında nə qədər çox danışılır, nə qədər çox bəhs olunur və təbliğat aparılırsa, bir o qədər geniş auditoriyaya çatır və cəmiyyətə təsir imkanları artır. Düşünürəm ki, bu, düzgün yanaşmadır. Əgər belə bir qanun qəbul olunarsa, sosial şəbəkələrdə və mediada bu cür halların qarşısının alınması istiqamətində müəyyən nəticələr əldə etmək mümkün olar. Eyni zamanda, bu məzmunun təbliği və təşviqi ilə məşğul olan, bu istiqamətdə çağırışlar edən sosial şəbəkə istifadəçiləri və media nümayəndələri də öz hüquqi məsuliyyətlərini daha aydın dərk edərlər. Onlar bilməlidirlər ki, qanunla qadağan edilən çağırışlar hüquqi məsuliyyət yarada bilər və belə hallarda qanunvericiliyə uyğun tədbirlər görülə bilər.
Fikrimcə, bu, bəlkə də, gecikmiş qərardır, bu istiqamətdə müvafiq addımlar daha əvvəl atılmalı idi. Bəzi Qərb güc mərkəzləri tərəfindən, xüsusilə üçüncü dünya ölkələrində, ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq məqsədilə sosial-mənəvi məsələlərdən istifadə olunur. Bu prosesdə media, sosial şəbəkələr və digər təbliğat vasitələri də mühüm rol oynaya bilər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi cəmiyyətdə bu halların yayılmasının qarşısının alınmasına, eləcə də mediada və sosial şəbəkələrdə onların təbliği və təşviqinin məhdudlaşdırılmasına kömək edə bilər”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir