Hər il bu günün mövzusu qızların, onların hüquqlarını müdafiə edən təşkilatların, vətəndaş cəmiyyəti qurumlarının və BMT tərəfdaşlarının iştirakı ilə keçirilən müzakirələr əsasında müəyyən edilir.
Cari ilin şüarı isə, “Uşaq yaşında nikahlara son qoyun və qızların hüquqlarına sərmayə yatırın!” — “End child marriage and invest in girls’ rights!” olaraq seçilib.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

