Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

ARANTV.AZ  xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir