Pensiya artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiya artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 548 milyon manat və ya 10 faiz çoxdur.

Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat təşkil edib.

Bildirilib ki, yanvar-sentyabr aylarında 28 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək isə ümumilikdə 206 min pensiya bu qaydada təyin olunub./yenisabah.az/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir