Balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilməsi haqda dəyişiklik qəbul edilib.
ARANTV.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarına təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Hazırda qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu, balıqçılıq fəaliyyətini birbaşa əhatə etmir.
Bildirilib ki, dəyişiklik qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin “istehsaldan istehlaka qədər” prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Mürtəza

