Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq

Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq

Oktyabrın 13-də Günəş aktivliyinin artması nəticəsində Yer kürəsində geomaqnit aktivliyi güclənib. Maqnit qasırğasının gücü K-indeksi üzrə 5-ə çatıb.

Bu barədə Meteoagent və Britaniya Geoloji Tədqiqatının məlumatlarında qeyd olunub.

Məlumata görə, oktyabrın 10-da baş verən tac kütləsinin atılması Yer kürəsinin kənar hissələrinə təsir edib. Bu hadisənin Günəşdəki koronal dəliklərdən gələn sürətli günəş küləyi axını ilə üst-üstə düşməsi geomaqnit aktivliyini daha da artıra bilər.

Nəticədə yaxın dövrdə zəif və orta intensivlikli G1-G2 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.

Mütəxəssislər bildirirlər ki, hava dəyişikliklərinə həssas insanlar, yuxu problemi və tez yorulma yaşayanlar, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər bu dövrdə özlərini daha narahat hiss edə bilərlər. Baş ağrısı, halsızlıq, yuxululuq, əsəbilik və yuxu pozuntuları kimi şikayətlər yarana bilər./milli.az/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir