İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi

Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə oktyabrın 13-də rəsmi nahar verilib.

ARANTV.AZ  xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxdılar.

Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir