“SABAH”DAN TARİXİ ZƏFƏR! Bakıda “Slaviya”ya “diz çökdürdü” — VİDEO

“SABAH”DAN TARİXİ ZƏFƏR! Bakıda “Slaviya”ya “diz çökdürdü” — VİDEO

“Sabah” – “Slaviya” — TAM VİDEO

UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Sabah” II tur çərçivəsində möhtəşəm qələbəyə imza atıb.

ARANTV.AZ  xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edən təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

Matçın ilk hissəsində Kahim Parris-in vurduğu qol cüzi ofsayd səbəbindən ləğv olunsa da, “Sabah” ikinci hissədə üstünlüyü tamamilə ələ alıb. 49-cu dəqiqədə Parris yenidən səhnəyə çıxaraq komandamızın Çempionlar Liqasının liqa mərhələsindəki ilk tarixi qolunu vurub. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Coy-Lans Mikels son nöqtəni qoyaraq qələbəni rəsmiləşdirib.

Bu nəticə ilə “Sabah” Çempionlar Liqasının liqa mərhələsindəki ilk tarixi qələbəsini və 3 xalını qazanıb.

***

ÇEMPİONLAR LİQASINDA TARİXİ QOL: “Sabah” “Slaviya” ilə matçda hesabı açdı!

UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan temsilçimiz “Sabah” Çexiyanın “Slaviya” (Praqa) klubu ilə qarşılaşmada hesabı açıb.

ARANTV.AZ  xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunun 49-cu dəqiqəsində Kahim Parris rəqib qapısına dəqiq zərbə endirərək komandasını önə keçirib — 1:0.

Bu qol “Sabah” klubunun Çempionlar Liqasının liqa mərhələsində vurduğu ilk tarixi qol kimi qeydə alınıb.

Qarşılaşma davam edir.

***

“Sabah” – “Slaviya” matçında İLK HİSSƏ BİTDİ — Hesab açılmadı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” – “Slaviya” (Praqa) görüşündə birinci hissə başa çatıb.

Musavat.com xəbər verir ki, gərgin və bərabər mübarizə şəraitində keçən ilk 45 dəqiqədə komandalar fərqlənə bilməyiblər — 0:0.

İlk hissənin statistik göstəriciləri:

Sabah 0–0 Slavia

  • Topa sahib olma: 47% — 53%

  • Ümumi zərbələr: 2 — 3

  • Qapıya dəqiq zərbələr: 0 — 2

  • Künc zərbələri: 1 — 3

  • Qayda pozuntuları: 7 — 7

  • Sarı vərəqələr: 1 — 0

  • Qırmızı vərəqələr: 0 — 0

Xatırladaq ki, qarşılaşmanın 17-ci dəqiqəsində “Sabah”ın futbolçusu Kahim Parris-in vurduğu qol ofsayd səbəbindən ləğv edilmişdi.

***20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Azərbaycan təmsilçisi “Sabah” öz meydanında Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edir.

Musavat.com xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir. Matçın baş hakimi avstriyalı FIFA referisi Sebastyan Qishamerdir.

Görüşün 17-ci dəqiqəsində “Sabah”ın futbolçusu Kahim Parris rəqib qapısına yol tapsa da, qol ofsayd səbəbindən ləğv olunub.

Qarşılaşmada hesab hələ ki açılmayıb — 0:0.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir