Vahid forma təhsildə nələri dəyişə bilər? – MÜHÜM MƏQAMLAR

Vahid forma təhsildə nələri dəyişə bilər? – MÜHÜM MƏQAMLAR

Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsil mühitində nizam-intizamın qorunması, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və məktəb mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu yanaşma uşaqlar arasında maddi imkanlardan qaynaqlanan fərqlərin ön plana çıxmasının qarşısını almağa və sağlam psixoloji mühitin formalaşmasına töhfə verə bilər. Bəs vahid məktəbli formasının tətbiqi təhsilalanlar üçün hansı üstünlükləri yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəbli forması təkcə Azərbaycanda deyil, eləcə də inkişaf etmiş digər dövlətlərdə həm dünyəviliyi, həm də vahid sistemi qorumağa xidmət edir:

“Statistikaya nəzər salsaq görərik ki, vahid forma şagirdlərin diqqət yayınıqlığının qarşısını alır. O cümlədən təhsilverənlərdə də vahid forma olduqda, bu zaman şagirdin dərsə fokuslanması təmin olunur. Ona görə də, artıq bir neçə ildir ki, bizdə vahid məktəbli formasının təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Nazirlər Kabinetinin son sərəncamı ilə bu sahədə bütün boşluqların doldurulması təmin edildi. Beləliklə həm dünyəviliyin, həm də vahid forma prinsipinin qorunması tədrisin keyfiyyətinin artırılmasına hesablanıb”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir