Ümumdünya Qida Günü 16 oktyabr 1945-ci ildə təsis edilmişdir. Bu gün həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrrüfatı Təşkilatının (FAO) yaranması günü kimi də qeyd olunur.
Günümüzdə baş verən həm iqlim dəyişiklikləri, həm münaqişələr, həm də su ehtiyatlarının azalması səbəbindən dünyada ərzaq təhlükəsizliyinin təmin olunması çətinləşir. Məhz bu nöqteyi nəzərdən müasir dünyamızda qida təhlükəsizliyi və ərzaq təhlükəsizliyinin birgə tətbiqi ərzaq qıtlığının aradan qaldırılmasının əsas tamamlayıcı hədəfidir.
Bununla yanaşı, qeyri-sağlam qidalanma qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk amillərindəndir. Ona görə də sağlam qidalanmanın təşviqi qarşıda duran əsas vəzifələrdən biridir.

