Azərbaycanda AĞIR QƏZA – Ölən və yaralananlar var

Azərbaycanda AĞIR QƏZA – Ölən və yaralananlar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Avtoqəza rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisədə bir nəfər ölüb. Qəza nəticəsində dörd nəfər – Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Sabir oğlu Hüseynov, Mələysuma Şahbaz qızı Hüseynova (1957), Günel Atakişi qızı Məlikova (1981) və Salyan rayon sakini Nurlan Anar oğlu Məmmədov (2004) xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Report

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir