Azərbaycanın avtomobil yollarında oktyabrın 26-da müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

