Şagirdlərin elektron yerdəyişməsinə BAŞLANILIR

Şagirdlərin elektron yerdəyişməsinə BAŞLANILIR

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

“Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir