Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak etdilər – FOTOLAR

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak etdilər – FOTOLAR

Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub.

ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.

“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. “Məsuliyyət radiusu” adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir