Türkiyədə bu məhsul qadağan edildi – Azərbaycanda da istifadə olunur

Türkiyədə bu məhsul qadağan edildi – Azərbaycanda da istifadə olunur

Türkiyədə körpələrin diş çıxarma dövründə istifadə etdiyi rəngli, içi maye ilə doldurulmuş diş qaşıyıcı məhsullardan biri ilə bağlı ciddi qərar qəbul edilib.

Məhsulun uşaqların sağlamlığı üçün təhlükə yaratdığı müəyyənləşdirildiyindən onun satışına qadağa qoyulub və bazardan topladılması barədə qərar verilib.

Türkiyə Ticarət Nazirliyinin apardığı bazar nəzarəti və yoxlamalar zamanı məhsulun müvafiq oyuncaq təhlükəsizliyi standartlarına cavab vermədiyi müəyyən edilib. Araşdırmalar nəticəsində onun uşaqlarda boğulma və tənəffüs yollarının tutulması riski yarada biləcəyi üzə çıxıb.

Qeyd edək ki, sözügedən tip diş qaşıyıcılar ölkəmizdə də analar tərəfindən körpələrin diş çıxarma dövründə geniş istifadə olunur.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir