Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub- FOTO   

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub- FOTO  

Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında həlledici mərhələ olub. Bu Zəfər Azərbaycan xalqının iradəsinin, qəhrəman Azərbaycan Ordusunun gücünün və şəhidlərimizin müqəddəs fədakarlığının təntənəsidir. Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış zamanı diqqətə çatdırılıb ki, bu gün azad edilmiş torpaqlar doğma insanların nəfəsi ilə isinməkdədir. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərdə həyat yenidən canlanır, genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın Qələbədən tərəqqiyə doğru inamlı addımlarını nümayiş etdirir. Sonra tədbir iştirakçılarına əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub. Tədbir Zəfər Gününün xalqımızın milli yaddaşında əbədi yaşayacağına, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün daim qorunacağına dair çağırışlarla yekunlaşıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir