Bakı-Şamaxı yolunda qohumlar qəzaya düşdü: ölən və yaralanan var

Bakı-Şamaxı yolunda qohumlar qəzaya düşdü: ölən və yaralanan var

Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ölümlə nəticələnən qəza olub.

Hadisə yolun 107-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 72 yaşlı Rəşid Məmmədovun idarə etdiyi “Mersedes Vito” markalı avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan 6 nəfərdən biri – 61 yaşlı Şərqiyə Məmmədova aldığı xəsarətlərdən dünyasını dəyişib. 70 yaşlı Şəfiqə Məmmədova isə xəsarət alıb.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Onların əslən Qax rayonundan olduqları bildirilir./lent.az

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir