6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşündə bir liderin qətiyyəti, bir xalqın arzusu və bir ordunun gücü birləşərək 8 Noyabrda Şuşa zirvəsinə yüksəldi.

ARANTV.AZ xəbər verir ki, bu gün azad Qarabağda canlanan həyat var, Böyük Qayıdış var, sülh və əmin-amanlıq dolu gələcək var.

Polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları işğaldan azad olunmuş torpaqlarda asayişi və ictimai təhlükəsizliyi göz bəbəyi kimi qorumaq üçün fasiləsiz xidmət aparırlar.

Bu əlamətdar gündə xalqımızı səmimi qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.

Zəfər Günün mübarək, Azərbaycan!

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir