“Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq”

“Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq”

“Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı səsləndirib.

“Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”, – deyən dövlətimizin başçısı ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixinin olduğunu vurğulayıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir