“Sabah” – “Barselona” oyunu ilə bağlı ETİRAF

“Sabah” – “Barselona” oyunu ilə bağlı ETİRAF

Azərbaycan çempionu “Sabah”ın bu gün Çempionlar Liqasında “Barselona” ilə qarşılaşması futbol ictimaiyyətində böyük maraq doğurur. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə təmsilçimizi dünya futbolunun ən tanınmış və güclü klublarından biri gözləyir. Təbii ki, heyət keyfiyyəti, beynəlxalq təcrübə və oyun ənənələri baxımından komandalar arasında ciddi fərq var.

“Barselona”nın dünya səviyyəli ulduzları qarşısında “Sabah”ın işinin asan olmayacağı dəqiqdir. Bununla belə, futbolun gözəlliyi də məhz gözlənilməz nəticələrə açıq olmasındadır. Azərbaycan çempionu doğma azarkeşlərin dəstəyi, düzgün taktiki yanaşma, intizamlı müdafiə və əks-hücum imkanlarından maksimum istifadə etməklə rəqibinə çətin anlar yaşada bilər. “Barselona”nın favorit olması mübahisəsizdir, lakin bu, “Sabah”ın mübarizə aparmaq və öz sözünü demək şansını tamamilə aradan qaldırmır. Üstəlik, belə böyük oyunlar gənc klubun təcrübə qazanması və Azərbaycan futbolunun beynəlxalq nüfuzunun yüksəlməsi baxımından da əhəmiyyətlidir.

“Sabah” dünya nəhənginə qarşı sürpriz edə biləcəkmi?

94e34d6eaeebef9cf9e2f5a24ba14225.jpg (237 KB)

Futbolla yaxından maraqlanan Milli Məclisin təmsilçisi Fazil Mustafa fikirlərini Musavat.com-la bölüşüb:

“Açığı, sürpriz gözləmirəm. Çünki imkanlar qeyri-bərabərdir. Amma yaxşı oyun gözləyirəm. Oyunçuların özlərini tanıtması baxımından da çox vacib qarşılaşmadır. “Sabah”ın qarşısına “Barselona” ilə oyunda qələbə qoymaq doğru olmazdı. Heç gözləntimiz də düzgün deyil. Amma azından yaxşı oyun gözləmək olar. Məsələn, “Borussiya Dortmund” ilə oyundakı oyunu gözləməliyik. Son nöqtələri vurmaqda çətinlik çəkirlər. Bütün hallarda maraqlı bir görüşün olacağını düşünürəm. Amma gözləntim dediyim kimi böyük də deyil. Çünki mümkünsüzdür”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir