Cəmi 7 gün vaxt veriləcək – Məktəblərdə böyük dəyişiklik başlayır

Cəmi 7 gün vaxt veriləcək – Məktəblərdə böyük dəyişiklik başlayır

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başlayır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 27-də saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul prosesi üzrə elektron qeydiyyat mərhələsinə start veriləcək. Namizədlər dekabrın 4-ü saat 17:00-dək müvafiq elektron platforma vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək.

İlk mərhələdə namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla tamamlayan şəxslər müsahibəyə dəvət ediləcəklər.

Müsahibələrə dəvət qaydalara uyğun olaraq ardıcıllıq əsasında həyata keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Qeyd olunub ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə şəxsi səhifələri vasitəsilə təqdim ediləcək.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir