Cəmiyyət 

Lamiyə Ələkbərova həyətinə girən oğruların videosunu yaydı

Aparıcı Lamiyə Ələkbərovanın oğrularla başı bəlaya girib.

ARANTV.AZ-ın məlumatına görə, ötən gün onun evinin qarşısından oğlunun velosipedi oğurlanıb. Lamiyə oğrunun kameraya düşən görüntülərini İnstaqramda paylaşıb.

O bildirib ki, bununla bağlı artıq hüquq mühafizə orqanlarına müraciət edib:

“Əziz dostlar, bu gördüyünüz şərəfsiz oğrudur. Dünən saat 15:46 radələrində bizim qapıdan oğlumun velosipedini oğurlayıb aparıb. Bu bizim qapıdan oğurlanan ikinci velosipeddir. Biz artıq hüquq mühafizə orqanlarına şikayət etmişik. Bu videonu təqdim etməkdə məqsədim odur ki, siz də ehtiyatlı olun”.

axşam.az

Daha çox xəbərlər

Leave a Comment