Saç tökülməsi, diş ağrısı — SARIMSAĞIN BİLMƏDİYİMİZ MÖCÜZƏVİ FAYDALARI
ARANTV.AZ oxucularını sarımsağın bilmədiyi faydaları ilə tanış edir.

Qırılan şüşələr
Sarımsaq təbii yapışdırıcıdır. Sarımsağın yapışqan suyunu çatlamış və qırılmış şüşələri təmir etmək üçün istifadə etmək olar. Sarımsağın dişlərini əzərək içindəki yapışqan suyunu çıxarmaq olar.

Diş ağrıları
Sarımsağın tərkibindəki sistein maddəsi təbii ağrıkəsicidir. Ağrıyan dişinizə bir neçə dəqiqə sarımsaq sürtmək ağrıları qısa müddətlik olsa da, azaldır.

Üz təmizliyi
Sarımsağın antiseptik və mikrob öldürücü xüsusiyyətləri ləkə, ləkə izi və dəridəki digər ləkələri yox edir.
Sarımsağı dərinizə sürtün, 15 dəqiqədən sonra yuyun.

Ayaq göbələyi
Ayaq göbələyinə səbəb olan göbələk növləri sarımsağa qarşı zəifdir. Sarımsaq dişlərini isti suya qoyun və ayağınızı 30 dəqiqə bu suda vanna edin.

Qulaq iltihabı
Qulaq iltihabını müalicə etmək üçün sarımsaq dişlərini sıxın və yağını çıxarın. Bu yağı bir az isidib qulağınıza damcıladın. Xüsusən də uşaqlar üçün çox faydalıdır.

Qar təmizləmək
Qış mövsümündə qarla tutulan yolları bel ilə təmizləmək çətindir. Sarımsağın tərkibində yağ və duz var. Bu isə qarın tez əriməsinə səbəb olur.

Tikan çıxarmaq
Bədəninizə tikan batması təhlükəlidir. Bu səbəbdən tikanı tez çıxarmaq lazımdır. Amma bir çox hallarda tikanı çıxartmaq əvəzinə onun daha da dərinə girməsinə səbəb oluruq. Batan tikanı çıxarmaq üçün incə bir dilim sarımsağı tikan batan hissəyə bağlamaq və səhərə qədər gözləmək lazımdır. Səhər isə tikanın çıxdığını görəcəksiniz.

Ağcaqanadları qovur
Ağcaqanadların qoxu hissiyatı çok inkişaf edib və sarımsaq qoxusundan narahat olurlar. Yayda ağcaqanadlardan qorunmaq üçün sarımsaq yeyin.

Balıq yemi
Balıqlar sarımsağı çox xoşlayırlar. Balıq tutmağa gedəndə yem olaraq sarımsaqdan istifadə etmək məsləhətdir. Daha çox balıq tuta bilərsiniz.

Saç tökülməsi
Sarımsağın mikrob öldürücü xüsusiyyəti baş dərisindəki problemlərə səbəb olan mikrob və bakteriyaları məhv edir. Sarımsaq saç tökülməsi və kəpək problemini aradan qaldırır.
Saç problemindən qurtulmaq üçün baş dərinizə sarımsaq sürtün və ya sarımsaq yağı masaj edin və 30 dəqiqə sonra yuyun.
Ölkə.Az

