Hadisə 

“70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə verilib”

“Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb”.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Onun sözlərinə görə, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 50 faiz təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 6 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Daha çox xəbərlər

Leave a Comment