Robert De Niro Azərbaycana gəlir

Robert De Niro Azərbaycana gəlir

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən “Sea Breeze” layihəsində “Nobu Hotel”in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.

Bu barədə Emin Ağalarov məlumat verib.

İş adamı səfərin “Sea Breeze”də həyata keçiriləcək yeni layihənin “Nobu” brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Xatırladaq ki, “Nobu” dünya üzrə fəaliyyət göstərən məşhur restoran və hotel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

“Nobu” restoranları və hotelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.//Modern.az

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir