Benzinlə bağlı mühüm açıqlama: 2,3 dəfə…

Benzinlə bağlı mühüm açıqlama: 2,3 dəfə…

Azərbaycan bu ilin ilk yarısında 4,36 milyon ABŞ dolları dəyərində 5 365 ton “Aİ-92” markalı avtomobil benzini xarici bazarlara göndərib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə, həcmi isə 72% artıb.

İxracın əsas hissəsi Gürcüstanın payına düşüb. Bu ölkəyə 2,77 milyon dollar dəyərində 3 414 ton benzin satılıb. İllik müqayisədə Gürcüstana tədarükün dəyəri 3,4 dəfə, həcmi isə 3 dəfə yüksəlib.

Ermənistana isə ilk dəfə hesabat dövründə 1,59 milyon dollar dəyərində 1 951 ton “Aİ-92” benzini ixrac olunub.

Eyni zamanda, yanvar-iyun aylarında Azərbaycan “Aİ-92” markalı benzini yalnız Rusiyadan idxal edib. Rusiyadan 3 414 ton benzin alınıb ki, bunun dəyəri 2,56 milyon dollar təşkil edib. İllik müqayisədə idxalın həm dəyəri, həm də həcmi 96% azalıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir