Konfrans Liqası: “Qarabağ” “Dinamo” ilə oyunda hesabı açdı – CANLI YAYIM

Konfrans Liqası: “Qarabağ” “Dinamo” ilə oyunda hesabı açdı – CANLI YAYIM

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda hesab açılıb.

Musavat.com-un məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu start götürüb.

Musavat.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Kiyev “Dinamo”su ilə qarşılaşır.

Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası bu gün həmin nəticəni aradan qaldıraraq pley-off mərhələsinə yüksəlməyə çalışır

Bu cütün qalibi pley-off mərhələsində “Tvente” – DAC 1904 cütünün qalibi ilə qarşılaşacaq.

Oyunu canlı olaraq təqdim edirik:

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir