Azərbaycan muğamı Rumıniyanı heyran etdi – Festivalda qürur dolu anlar – VİDEO

Azərbaycan muğamı Rumıniyanı heyran etdi – Festivalda qürur dolu anlar – VİDEO

Azərbaycanın milli musiqi xəzinəsi olan muğam Rumıniyada keçirilən beynəlxalq festivalda böyük maraqla qarşılanıb.

ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi ilə muğam mədəniyyətimiz Maramureş vilayətinin Tırqu-Ləpuş şəhərində təqdim olunub.

ef39c813-203b-4ee6-921a-f71bdf16b02d.jpg (279 KB)

Maramureş Vilayəti Gününə həsr edilən festivalda Rumıniya, Moldova, Ukrayna, Albaniya və Azərbaycandan vokal və rəqs kollektivləri iştirak ediblər. Azərbaycan sənətçilərinin təqdim etdiyi milli musiqi və muğam nümunələri festivalın ən yaddaqalan məqamlarından birinə çevrilib.

Azərbaycanı tədbirdə Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının sənətçiləri təmsil ediblər. Televiziya Muğam Müsabiqəsinin laureatı, xanəndə Rəvanə Qurbanovanın ifası, Əməkdar artist Xəyyam Məmmədovun kamançası və Əməkdar mədəniyyət işçisi, tarzən Elçin Abbasovun müşayiəti festival iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycanın qədim muğam sədaları Rumıniyanın şimalında səslənərək tamaşaçılara duyğulu anlar yaşadıb. İfaçılarımız festivalın təşkilatçıları tərəfindən xüsusi mükafatlarla təltif olunublar.

b6da052c-0aac-4867-bf36-bcb7c7eed271.jpg (322 KB)

Tədbiri Rumıniyanın və festivala qatılan digər ölkələrin dövlət rəsmiləri də izləyiblər.

Festivalda Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Həmin qürurverici anların videosunu təqdim edirik.

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir