Müğənni Kərim Abasov xəngəl yemək üçün Ağstafaya yollanıb.
Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Ağstafaya xüsusi olaraq qurudlu xəngəl yeməyə getdiyini bildirib:
“Bakıdan Ağstafaya bu xəngələ görə gəlmişəm. Paytaxtın hər yerində xəngəl var, amma bu dad Azərbaycanın heç bir bölgəsində yoxdur, yalnız Ağstafadadır. Qurudlu xəngəldir”. (Axşam.az)

