“Sabah” “Hapoel”ə məğlub oldu – VİDEOVİDEO

“Sabah” “Hapoel”ə məğlub oldu – VİDEOVİDEO

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Hapoel” (Beer-Şeva) – “Sabah” görüşü başa çatıb. Qarşılaşma İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 6-cı dəqiqədə “Sabah”ın futbolçusu Velko Simiç açsa da, rəqib komanda 43-cü dəqiqədə J. İst və 79-cu dəqiqədə Zlatanoviçin qolları ilə üstünlüyü ələ keçirib.

Beləliklə, Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsində olduğu kimi, pley-offun da ilk qarşılaşmasında məğlubiyyətlə üzləşib. “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması üçün Bakıda keçiriləcək cavab oyununda yenidən geridönüşə imza atması tələb olunacaq.

***

“Hapoel” geridən gələrək önə keçdi: “Sabah” hesabda geri düşdü

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Hapoel” (Beer-Şeva) – “Sabah” görüşündə İsrail təmsilçisi hesabı öz xeyrinə dəyişməyi bacarıb.

Matçın 43-cü dəqiqəsində J. İst (J. East) fərqlənərək “Hapoel”in bərabərlik qolunu vurub — 1:1.

Qarşılaşmanın 79-cu dəqiqəsində isə Zlatanoviç komandasının ikinci qoluna imza ataraq “Hapoel”i önə keçirib — 2:1.

Xatırladaq ki, matçda hesabı 6-cı dəqiqədə Velko Simiçlə Azərbaycan təmsilçisi “Sabah” açmışdı.

***

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Hapoel” (Beer-Şeva) – “Sabah” görüşündə ilk yarı başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Birinci hissənin statistik göstəriciləri:

Topa sahib olma: 68% — 32%
Ümumi zərbə: 4 — 3
Qapıya dəqiq zərbə: 1 — 3
Künc zərbəsi: 1 — 0
Qayda pozuntusu: 3 — 3
Sarı vərəqə: 0 — 0
Qırmızı vərəqə: 0 — 0

İsrail təmsilçisi topa kontrol baxımından üstünlük təşkil etsə də (68%), “Sabah” qapıya çərçivəyə dəqiq vurulan zərbələrin sayında (3-ə qarşı 1) rəqibindən daha təhlükəli olub.

***23:00

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Hapoel” (Beer-Şeva, İsrail) – “Sabah” oyunu başlayıb.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçirilən qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.

Artıq matçda hesab da açılıb. İlk qolu Azərbaycan təmsilçisi vurub. Qarşılaşmanın 6-cı dəqiqəsində Velko Simiç dərhal fərqlənərək komandamızı önə keçirib — 0:1.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir