Cəmiyyət 

İnstaqramdan milyon qazananlar — SİYAHI

İnstaqram sosial şəbəkəsindəki paylaşımları ilə milyonlarla insanlar tərəfindən bəyənilən şəxslərin qazancı üzə çıxıb.

 ARANTV.AZ  xəbər verir ki, bu şəxslər sosial şəbəkədə hər paylaşımından milyonlar qazanır. Bir çox istifadəçi paylaşımları ilə sponsorlardan maaş və ya müxtəlif məhsullar əldə edir. Bir çox məşhur isə paylaşımları ilə külli miqdarda pul qazanır.

Siyahını oxuculara təqdim edirik.

Məlum olub ki, siyahının birinci pilləsində Kayli Cennerdir. O, hər paylaşımı üçün 1 milyon dollar qazanc əldə edir.

İkinci yerdə müğənni Selena Qomezdir. Selena səhifəsində reklam yerləşdirmək istəyənlərdən 800 min dollar alır.

Siyahının üçüncü pilləsində “Yuventus”a transferi ilə gündəmdən düşməyən futbolçu Kriştianu Ronaldu yerləşib. Ronaldu isə bir reklam paylaşımına görə 750 min dollar alır.

Bundan başqa siyahıda

Beyons (700 min dollar),

Dueyn Conson(650 min dollar)

Castin Biber(630 min dollar)

Neymar(600 min dollar)

Lionel Messi(500 min dollar) də yer alıb.


Ölkə.Az

Daha çox xəbərlər

Leave a Comment