Qara dənizdə “Primavera Marine” şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” yük gəmisinə dron hücumu olub.
Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb, gəmi heyəti təhlükəsiz vəziyyətdədir.
“Şükürlər olsun ki, itki yoxdur. Gəminin 11 nəfərlik ekipaj üzvündən biri Gürcüstan, 10-u isə Azərbaycan vətəndaşıdır”, – İlham Nəsirov bildirib.
Məlumata əsasən, hücuma məruz qalan yük gəmisi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir./Unikal/

