Astarada maskalı şəxs evə basqın etdilər: ev yiyəsinə bıçaq çəkdilər
Astarada maskalı şəxs evə basqın edib.
ARANTV.AZ xəbər verir ki, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib oradan 2000 manat və 5000 rus rublu aparıb.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.
milli.az

