Fransda təyyarə qəzası: 2 ölü, 2 yaralı
Fransada təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib.
Təyyarənin göyərtəsində 4 nəfər olub. Ölənlərdən biri təyyarənin pilotu, biri isə sərnişindir. Digər sərnişinlərin durumu ağırdır.
İlkin ehtimala görə, təyyarə havaya qalxdıqdan sonra lazım olan yüksəkliyə qalxa bilməyib və qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırma aparılır

