SOCAR qazma işlərini ötən ilə nisbətən 8,4 faiz çox aparıb
SOCAR neft-qaz hasilatının stabilləşməsi və artırılması istiqamətində qazma işlərini artırır.
ARANTV.AZ bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur.
Qazma işlərinin 39 min metrdən artığı 2018-ci ilin II rübünün (aprel-may-iyun) payına düşür.

