Ankarada dəhşətli qəza: hərbçiləri daşıyan avtomobil TIR-la toqquşdu
Türkiyənin paytaxtı Ankarada dəhşətli yol qəzası baş verib.
ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, Ankaranın Kızılcahamam bölgəsində hərbçiləri daşıyan avtomobil TIR-a çırpılıb.
Nəticədə iki baş əsgər Məhəmməd Saleh Günal və avtomobili idarə edən Mustafa Toyran hadisə yerində keçinib. Onların cənazələri Kızılcahamam dövlət xəstəxanasının morquna yerləşdirilib.
Qeyd edək ki, TIR-ı idarə edən Hakan Kolay qəzadan heç bir xəsarət almadan xilas olub.

