Xəbər verdiyimiz kimi, Tovuz rayon sakini Lalə Quliyeva Sabunçu Tibb Mərkəzində vəfat edib.
Bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, 20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.//Unikal
***
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
ARANTV.AZ “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.
Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

