Müğənni Lətifə Soyuöz ATV-də yayımlanan “İlqarla bir gün” verilişinin qonağı olub.
ARANTV.AZ-ın məlumatına görə, ifaçı şəxsi həyatından danışıb:“Məni şəhərdə gözləyən bir anam var. Çox darıxdığım övladım var. Amma xüsusi sevgiylə, həsrətlə gözləyən bir insan yoxdur. Bəzən bacımla da söhbət edirəm. Deyirəm, kənardan hər şey fərqli görünür. Nə yaxşı ki, anam, nənəm, qardaşlarım və onların ailələri var. Mənə tək olmağımı hiss etdirmirlər. Amma hər kəs istəyər ki, onu sevən, gözləyən insan olsun. Qismətdir, tələsmirəm. Hər şeyin zamanı var mütləq”.
axşam.az